NATO Ukraynaya “konkret yol” təklif edəcək
Tarix: 04-07-2024 08:40 | Bölmə: Siyasət
NATO Ukraynaya “konkret yol” təklif edəcək

Gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya alyansa üzvlüyünü sürətləndirmək üçün “konkret yollar” təklif olunacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons deyib.

Onun sözlərinə görə, yekun bəyannamədə NATO-ya üzv ölkələr Ukraynanın alyansa üzv olacağını təsdiq edəcəklər. Bununla belə, konkret ifadə hələ də razılaşdırılır.

Alyans həmçinin Ukraynaya indi Rusiyanın təcavüzündən qorunmaqda necə köməklik göstərməyi, gələcəkdə Rusiyanı necə çəkindirməyi və NATO-ya üzv olmağa hazırlaşmağın yollarını müzakirə edəcək.

Vaşinqtonda keçiriləcək sammitə NATO üzvü olmayan 35 tərəfdaş ölkənin xarici işlər nazirləri də dəvət olunacaq. Cons bildirib ki, bu müttəfiqlərin Çindən gələn təhdid və çağırışlara qarşı dayanıqlılığını artırmaq əsas məsələdir.

Qeyd edək ki, NATO liderləri hərbi alyansın 75-ci ildönümünü qismən qeyd etmək üçün iyulun 9-dan 11-dək Vaşinqtonda Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinə toplaşırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər