Müsavat Partiyası parlament seçkilərinə gedir
Tarix: 04-07-2024 16:27 | Bölmə: Siyasət
Müsavat Partiyası parlament seçkilərinə gedir

Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək. Bu qərar Partiya Məclisinin bugünkü iclasında verilib.

Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək.

Reyting.az-ın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Turan”-a bildirib ki, Məclis sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.

"Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Divanına həvalə etdi", - Gülağa Aslanlı deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}