Kreml Ərdoğanın vasitəçilik təklifinə qarşıdır
Tarix: 05-07-2024 09:05 | Bölmə: Siyasət
Kreml Ərdoğanın vasitəçilik təklifinə qarşıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində Astanada Rusiya lideri Vladimir Putinlə görüşdüyü məlumdur.

Reyting.az
xəbər verir ki, görüş zamanı Ukrayna mövzusu da müzakirə edilib.

Ankaradan verilən açıqlamada görüş zamanı Ərdoğanın Türkiyənin bölgədə və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyi, Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün barışığa zəmin yarada biləcəyi qeyd olunur.


Bu arada Ərdoğanın “barışığa zəmin yaratmaq” təklifinə Kremldən reaksiya verilib. Kremlin sözçüsü Peskov Ərdoğan-Putin görüşündə Ukraynadakı müharibənin də müzakirə olunduğunu bildirib.

Peskov Türkiyə prezidentinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb:

“Xeyr, mümkün deyil”.

ELÇİN




Bölməyə aid digər xəbərlər