Rəbiyyət Aslanova: "Təklif gəlsə də, qəbul etmərəm, keçdi getdi"
Tarix: 05-07-2024 09:49 | Bölmə: Siyasət
Rəbiyyət Aslanova: "Təklif gəlsə də, qəbul etmərəm, keçdi getdi"

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədri Rəbiyyət Aslanova yenidən deputatlığa namizədliyini irəli sürəcəyi barədə iddialara münasibət bildirib.

Reyting.az-ın məlumatına görə, R.Aslanova Pravda.az-a açıqlamasında deyib ki, belə bir fikri yoxdur: "Belə bir şey yoxdur. Təklif gəlsə, qəbul etmərəm. Keçdi getdi...".

Xatırladaq ki, R.Aslanova Milli Məclisin II, III və IV çağırış deputatı olub. Fəlsəfə elmləri doktoru, professordur, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. O, ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.




Bölməyə aid digər xəbərlər