Keçmiş nazir aktiv siyasətdən gedir: "Hər şeyin bir sonu var..."
Tarix: 05-07-2024 11:50 | Bölmə: Siyasət
Keçmiş nazir aktiv siyasətdən gedir: "Hər şeyin bir sonu var..."

Türkiyənin bir neçə gün əvvəl istefaya göndərilən Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki siyasətdən gedib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə o, özü açıqlama verib.

Sabiq nazir deyib ki, 1994-cü ildən aktiv siyasətdə olub, müxtəlif vəzifələrdə çalışıb:

"Təbii ki, yolun sonuna gəldik. Hər işin bir başlanğıcı və bir sonu var. Millətin malından və mənafeyindən başqa heç kimi qorumaq kimi bir qayğımız olmayıb. Şükür Allaha, bu gün də varıq. Ancaq artıq aktiv siyasi həyatıma son qoyuram. Bundan sonra aktv siyasətdə yer almayacam".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər