Orban Ukraynadan sonra Rusiyaya gəlib
Tarix: 05-07-2024 14:23 | Bölmə: Siyasət
Orban Ukraynadan sonra Rusiyaya gəlib

“Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır”.

Reyting.az
xəbər verir ki, bunu Macarıstan baş naziri Viktor Orban Moskvanın "Vnukovo-2" hava limanından paylaşdığı fotoya yazdığı şərhdə bildirib.

Qeyd edək ki, Orban Ukrayna mövzusunu müzakirə etmək üçün Rusiya paytaxtına səfər edib. Onun bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb.

Xatırladaq ki, Orban bundan öncə Kiyevə səfər edib, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.(APA)




Bölməyə aid digər xəbərlər