MSK DTİHB və ATƏT PA-ya dəvət göndərib - Seçkilərlə bağlı
Tarix: 05-07-2024 17:02 | Bölmə: Siyasət
MSK DTİHB və ATƏT PA-ya dəvət göndərib - Seçkilərlə bağlı

İki gün əvvəl Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.

Reyting.az-
ın məlumatına görə, bu barədə “Report”a diplomatik mənbələr məlumat verib.

Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bölməyə aid digər xəbərlər