London Orbanı dəstəkləyir
Tarix: 08-07-2024 08:14 | Bölmə: Siyasət
London Orbanı dəstəkləyir

Britaniyalı ekspert Rusiya prezidenti Vladimir Putinlə görüşən Macarıstanın baş naziri Viktor Orbanı təqdir edib.

Reyting.az
xəbər verir ki, bunu britaniyalı ekspert Aleksandr Merkuris özünün “YouTube” kanalında bəyan edib.

A. Merkuris macar siyasətçinin bəyanatını dəstəkləyərək deyib:

“Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə sülhlə bağlı dediyi sözlər vəziyyətə real baxışın nümunəsidir. Mənə elə gəlir ki, Orban Avropada sülh haqqında danışarkən təkcə real düşünmür, həm də düzgün prioritetləri müəyyənləşdirir. Avropada sülhün qorunması ilə bağlı ən vacib məsələdə mən hesab edirəm ki, o, tamamilə düzgün danışır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər