Vitse-spiker deputatlığa yenidən namizədliklə bağlı sualdan yayınıb
Tarix: 08-07-2024 09:37 | Bölmə: Siyasət
Vitse-spiker deputatlığa yenidən namizədliklə bağlı sualdan yayınıb

“Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabr- parlament seçkilərində iştirakla bağlı qərar verib. Artıq partiyanın namizədləri də müəyyənləşir. Kimin haradan namizəd olacağı isə sonda elan ediləcək”.

Reyting.az
xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.

Bununla belə Fəzail İbrahimli özünün namizəd olub-olmayacağı barədə suala birmənalı cavab verməyib.

“Bir neçə gündən sonra VHP-nin bütün namizədlərinin adları cəmiyyətə açıqlanacaq. Önəmli olan partiyanın seçkiyə qatılmasıdır”.

Qeyd edək ki, bəzi məlumatlarda Fəzail İbrahimlinin də mandat almayacaq deputatların siyahısına düşdüyü deyilir.




Bölməyə aid digər xəbərlər