Rusiyanın mövqeləri ABŞ raketlərinin hədəfinə çevrilib
Tarix: 09-07-2024 08:58 | Bölmə: Siyasət
Rusiyanın mövqeləri ABŞ raketlərinin hədəfinə çevrilib

Ukrayna Silahlı Qüvvələri Krım ərazisində Rusiyaya məxsus qurğulara hücum etmək üçün Amerikanın ATACMS raketlərindən uğurla istifadə edir.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Co Kirbi deyib ki, Qərbin dəstəyi ilə Ukraynanın müvəffəqiyyəti yalnız cəbhə ilə məhdudlaşmır.

C. Kirbi qeyd edib ki, Ukrayna müdafiəçiləri qanadlı raketlərlə Sevastopol limanında bir gəmini batırıb və Rusiya Federasiyasının Qara dəniz donanması ələ keçirilən yarımadadan ayrılmaq məcburiyyətində qalıb.

“Forbes” isə yazır ki, Ukrayna müvəqqəti işğal olunmuş Krımdakı rus obyektlərini məhv etmək üçün ATACMS raketlərindən fəal şəkildə istifadə edir. Xüsusilə, “S-400” sistemlərini vurmaq üçün.

“Le Monde” nəşri isə qeyd edir ki, Amerikanın uzaq radius raketləri göndərildikdən sonra Ukrayna ordusu Krımdakı rus hava müdafiəsini məhv etməyə başlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər