Azərbaycanın Tehrandakı səfirliyi iyulun sonuna qədər fəaliyyətini bərpa edəcək
Tarix: 09-07-2024 16:14 | Bölmə: Siyasət
Azərbaycanın Tehrandakı səfirliyi iyulun sonuna qədər fəaliyyətini bərpa edəcək

Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

“Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.

XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq(Report).




Bölməyə aid digər xəbərlər