Nauseda: “Rusiya Qərbi aldatmaq istəyir”
Tarix: 10-07-2024 08:11 | Bölmə: Siyasət
Nauseda: “Rusiya Qərbi aldatmaq istəyir”

Litva prezidenti Rusiya və Ukrayna arasında sülh danışıqları ehtimalını rədd edib.

Reyting.az
xəbər verir ki, bu barədə “LRT” telekanalı məlumat yayıb.

Litva prezidenti Gitanas Nausedanın sözlərinə görə, Moskva danışıqlara deyil, Qərbi bir daha aldatmağa hazırlaşır:

“Geosiyasi vəziyyət Rusiya və onun havadarlarının məqsədyönlü səyləri səbəbindən gərgin olaraq qalır”.

Nauseda hesab edir ki, hazırda bir dövlətin təhlükəsizliyi deyil, demokratik dünyanın təhlükəsizliyi, demokratik dünyanın nizamı sual altındadır.

ELÇİN




Bölməyə aid digər xəbərlər