Tereza Mey baş nazir postunda qaldı
Tarix: 13-12-2018 00:23 | Bölmə: Siyasət
Tereza Mey baş nazir postunda qaldı

Tereza Mey rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının ona etimad məsələsi ilə səsvermədən sonra baş nazir postunu qoruya bilib.

Reyting.az bildirir ki, “The Guardian”ın məlumatına görə, Meyi 200 deputat dəstəkləyib, 117 nəfər əleyhinə səs verib.

Mühafizəkarlar Meyin Avropa hakimiyyəti ilə razılaşdırdığı Böyük Britaniyanın Avropa İttifaqından çıxmaqla bağlı layihədən narazıdırlar.

Mey dekabrın 10-da parlamentdə “brexit” üzrə səsverməni ləğv edib. O, səbəbini deputatların əksəriyyətinin “brexit” şərtlərini dəstəkləməməsi ilə izah edib.

Böyük Britaniya hökuməti “brexit” üzrə sazişi noyabrın 15-də bəyənib. Sazişə görə 21 ay davam edəcək keçid dövrü zamanı Böyük Britaniya Avropa İttifaqının gömrük zonasında qalacaq, vətəndaşların isə sərbəst hərəkət etmək işə düzəlmək hüququ olacaq.

Ardınca qərarla razılaşmayan bir neçə nazir istefa verib. Onlar “brexit” məsələsi üzrə nazir Dominik Raab, əmək naziri Ester Makvey və Şimali İrlandiya işləri üzrə nazir Şeyleş Varadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər