Parlament seçkiləri: 431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - Yenilənib
Tarix: 15-07-2024 16:18 | Bölmə: Siyasət
Parlament seçkiləri: 431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb

İyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, indiyə qədər 401 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 168 nəfəri 13 partiya tərəfindən irəli sürülüb.(APA)

***

431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən 261 nəfərin namizədliyi təsdiqlənib, onlardan 213 nəfərə imza vərəqi verilib. 9 nəfər imza vərəqələrinin doldurulmasını təmin edərək namzidəliyinin qeydə alınması üçün seçki komissiyalarına təqdim edib.




Bölməyə aid digər xəbərlər