Tramp: “Rusiya və Çin artıq bir ailədir”
Tarix: 17-07-2024 08:11 | Bölmə: Siyasət
Tramp: “Rusiya və Çin artıq bir ailədir”

Keçmiş prezident Donald Tramp ABŞ lideri Co Baydenin Rusiya və Çinə qarşı yanlış hərəkətlərindən danışıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat paylaşıb.

Agentliyin yazdığına görə, D. Tramp bildirib ki, Bayden öz hərəkətləri ilə Rusiya və Çini bazarlaşmaya sövq edib: “O, (Bayden) Rusiya və Çini evlənməyə məcbur etdi. Onlar artıq bir ailədir”.

Tramp Üçüncü Dünya müharibəsi təhlükəsindən də danışıb: “Baydenin prezidentliyinin bitməsinə beş ay qalıb. Hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin başlanması riski var”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər