Tramp Zelenski ilə danışacaq
Tarix: 19-07-2024 07:31 | Bölmə: Siyasət
Tramp Zelenski ilə danışacaq

Bu gün ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə zəng edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, bu, Tramp Ağ evi tərk etdikdən sonra onların arasında ilk telefon söhbəti olacaq.

Donald Tramp dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətindədir. O, iyunun 27-də Co Baydenlə seçkiqabağı debatda söz vermişdi ki, yenidən prezident seçilərsə, 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayana qədər münaqişəni dayandıracaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər