Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Tarix: 24-07-2024 12:18 | Bölmə: Siyasət
Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

“Xinhua“ Agentliyinin xəbərinə görə, bunu Çində səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib.

Onun sözlərinə görə, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.

V. Zelenski bildirib ki, rusiyalı həmkarı V. Putinlə istənilən vaxt görüşməyə hazırdır.(APA)




Bölməyə aid digər xəbərlər