Daha iki dairə seçki komissiyasının tərkibi dəyişib
Tarix: 24-07-2024 16:21 | Bölmə: Siyasət
Daha iki dairə seçki komissiyasının tərkibi dəyişib

MSK daha iki dairə seçki komissiyasının tərkibinə dəyişiklik olunub.

Reyting.az
xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin komissiyalarının tərkibində dəyişiklik qərara alınıb.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər