Kuleba: Bizi danışıqlara razı salmaq mümkün deyil
Tarix: 26-07-2024 08:11 | Bölmə: Siyasət
Kuleba: Bizi danışıqlara razı salmaq mümkün deyil

Kiyev istənilən qərarı müstəqil qəbul edəcəyini bəyan edib.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba TSN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, heç kim Kiyevi sülh yolu ilə danışıqlara razı sala bilməz, çünki bu, mümkün deyil.

“Ukrayna hakimiyyəti istənilən qərarı müstəqil qəbul edəcək”, - deyən Kuleba Pekinin Kiyevi danışıqlara sövq edib-etmədiyi sualına belə cavab verib:

“Ukraynanı dəstəkləyən Qərb ölkələri bizi danışıqlara razı salmağa çalışmır. Və bunlar sadəcə, diplomatik sözlər deyil, bu, real mövqedir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}