Professor Mübariz Əliyevin deputatlığa namizədliyi qeydə alınıb - Foto
Tarix: 26-07-2024 09:02 | Bölmə: Siyasət
Professor Mübariz Əliyevin deputatlığa namizədliyi qeydə alınıb

Tibb elmləri doktoru, professor Mübariz Əliyevin deputatlığa namizədliyi qeydə alınıb.

Reyting.az
xəbər verir ki, o, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb.

Dünya şöhrətli alim, cərrah, ictimai xadim Əliyev Mübariz Yaqub oğlu 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilədək Sumqayıt şəhər xəstəxanasında cərrah işləyib.

1986-1989-cu illərdə I Moskva Tibb İnstitutunun aspiranturasında təhsilini davam etdirib və namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Bu səbəbdən Elmi Suranın qərarı ilə I Moskva Tibb İnstitutunda saxlanılıb. Lakin sonralar öz xahişi ilə Azərbaycan Tibb Universitetinə (ATU) işə göndərilib. Hazırda bu universitetinin professorudur. 2012-ci ildən həm də ATU-nun Tədris Cərrahlıq Klinikasının cərrahiyyə şöbəsinin müdiridir.



2024-cü ildən isə DSX hospitalında professor konsultantdır. 2009-cu ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür.

M. Əliyev 2009-cu ildə ABŞ-da təhsilini davam etdirib. Dünyada tanınmış şəhiyyə təşkilatçısıdır.

I və II Qarabağ müharibəsinin iştirakçısıdır.

Ailəlidir, bir övladı var.




Bölməyə aid digər xəbərlər