YAP-ın namizədindən qorxaq açıqlama: "Mən ona rəqib ola bilmərəm"
Tarix: 26-07-2024 09:37 | Bölmə: Siyasət
YAP-ın namizədindən qorxaq açıqlama: "Mən ona rəqib ola bilmərəm"

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası 125 dairə üzrə öz namizədlərini açıqlayıb.

8 saylı Binəqədi birinci seçki dairəsindən Mirzəyeva Həcər Niyazi qızının namizədliyi irəli sürülüb.

Məlumat üçün bildirək ki, Həcər Mirzəyevanın 33 yaşı var və o, hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində YAP təşkilatının sədr müavinidir.

Həcər Mirzəyeva saytımıza açıqlamasında bildirib ki, gənc olduğu üçün seçicilərdən şans istəyir:

“Mən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Daha sonra Magistratura təhsilimi Finans və Kredit ixtisası üzrə başa vurmuşam. 2009-cu ildən bu yana Yeni Azərbaycan Partiyasının könüllü üzvü olmuşam. Lakin 2021-ci ildən Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatının sədr müaviniyəm. İş fəaliyyətim zamanı “peşə medalı” almışam, Binəqədi rayon YAP üzrə “İlin ən fəal gənci” Fəxri Fərmanına layiq görülmüşəm”.

Onun sözlərinə görə, seçkilərdə təbliğat-təşviqat prosesi üçün öz sloqanı var: “Gənclik gələcəkdirsə, o gəncliyə şans verin”. Yəni özüm də gənc olduğum üçün seçicimlərimdən şans istəyirəm. Mən deputat seçilsəm, ən əsas strategiyam uşaqlar və yeniyetmələrlə bağlı olacaq. Yəni xəstə, əlil, autizmli uşaqlarla bağlı işləmək, onlara dəstək olmaq istəyirəm.

Əsasən, o uşaqların valideynlərinə psixoloji dəstək lazımdır. Bu barədə layihə hazırlayıram. Eyni zamanda elə istedadlı uşaqlar var ki, onlar maddiyat məsələlərinə görə üzə çıxa bilmirlər, tanınmırlar. Onlarla işləmək istəyirəm. Çünki mən hələ gəncəm və onlarla işləyə bilərəm.

8 saylı Binəqədi birinci seçki dairəsindəki rəqiblərim isə kifayət qədər cəmiyyətdə öz yerlərini tutmuş insanlardır. Ən əsas rəqibim Azay Quliyevdir. Mən ona rəqib də ola bilmərəm. Ona görə ki, Azay müəllim neçə ildir millət vəkilidir. Amma mən seçicilərdən gəncliyə şans vermələrini istəyirəm”(Bizim.Media)




Bölməyə aid digər xəbərlər