Ceyhun Bayramov Somali XİN başçısı ilə görüşüb (Yenilənib)
Tarix: 26-07-2024 11:47 | Bölmə: Siyasət
Ceyhun Bayramov Somali XİN başçısı ilə görüşüb (Yenilənib)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov somalidən olan həmkarı Əhməd Moallim Fiqi qarşılayıb.

Reyting.az
xəbər verir ki, bu barədə nazirlik məlumat yaylb.

Qeyd olunub ki, Ə.M.Fiqi Azərbaycanda rəsmi səfərdədir.

***

Xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.

Reyting.az
 xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.

Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.

Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.




Bölməyə aid digər xəbərlər