Avropa İttifaqı terrorçu təşkilatların siyahısını yeniləyib
Tarix: 26-07-2024 18:13 | Bölmə: Siyasət
Avropa İttifaqı terrorçu təşkilatların siyahısını yeniləyib

Avropa İttifaqı ABŞ-da yerləşən “Baza” adlı ifrat sağçı təşkilatı PKK və digər terror təşkilatlarının da yer aldığı terror siyahısına əlavə edib.

Reyting.az
bildirir ki, bununla bağlı AB Şurası yazılı açıqlama verib.

Beləliklə, Avropa Birliyinin maliyyə aktivlərinin dondurulması kimi sanksiyalar tətbiq edən ifrat sağçı "Baza" təşkilatını PKK və DHKP-C kimi terror təşkilatları siyahısına daxil etdiyi bildirilib.

Açıqlamada “Baza”nin 2018-ci ildə Rinaldo Nazzaro tərəfindən qurulduğu və “terror aktlarında iştirak edən ifrat sağçı təşkilat olduğu” qeyd edilib.

ABŞ mərkəzli təşkilatın Avropa İttifaqına (Aİ) üzv ölkələrdəki vəsaitlərinin, maliyyə aktivlərinin və iqtisadi qaynaqlarının dondurulmasına qərar verildiyi və Aİ ölkələrinin təşkilata vəsait və iqtisadi qaynaqlar verməsinin qadağan edildiyi bildirilib.

Xatırladaq ki, ilk dəfə 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından sonra yaradılan siyahıya 22 təşkilat və 15 şəxs daxildir.

Şura 2002-ci ildə PKK-nı terror təşkilatları siyahısına daxil edib.

"Baza" təşkilatı Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-nın "terror təşkilatı" siyahısındadır.

Onu da qeyd edək ki, Kanadanın terror təşkilatları siyahısında “neo-nasist” kimi qələmə verilən təşkilat ABŞ başda olmaqla, müxtəlif Avropa ölkələrində fəaliyyət göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər