Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək
Tarix: 27-07-2024 15:28 | Bölmə: Siyasət
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək

Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, buna səbəb “Fransa-2” telekanalının aparıcılarının canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı dedikləridir:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”, - deyə aparıcı canlı yayımda bildirib.




Bölməyə aid digər xəbərlər