Xamnəi Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
Tarix: 28-07-2024 12:50 | Bölmə: Siyasət
Xamnəi Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnəi Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib.

Daha sonra Seyid Əli Xamnəi Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.

Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.




Bölməyə aid digər xəbərlər