Bloger İlham Əliyevə müraciət edib: "Namizədliyimi kiminsə tapşırığı ilə ləğv ediblər"
Tarix: 29-07-2024 10:08 | Bölmə: Siyasət
Bloger İlham Əliyevə müraciət edib: "Namizədliyimi kiminsə tapşırığı ilə ləğv ediblər"

Bloger Elçin Lənbəranskinin deputatlığa namizədliyi ləğv olunub.

Reyting.az
xəbər verir ki, o, bu barədə videomüraciət yayıb.

Prezident İlham Əliyevə müraciət edən bloger iddia edib ki, 500 imzanı dürüst formada toplayıb:

"Cənab Prezident, 500 imzanı evbə-ev toplamışam. Bütün sənədlərimi təqdim etmişəm, hər biri düzdür. Namizədliyimi 98 saylı Bərdə Seçki Dairəsi ləğv etdi. Dedilər, adına 0.27 sot torpaq var. 20 ildir, yaşamadığım Lənbəranda heç o torpaqdan xəbərim yoxdur. Nə bir şans, nə də imkan vermirlər. Məni kiminsə tapşırığı ilə “kəsdilər"..."

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər