Deputat qəfil geri çəkilməsini belə izah edir: "Ailəm də gördü ki, istirahətə ehtiyacım var"
Tarix: 29-07-2024 12:16 | Bölmə: Siyasət
Deputat qəfil geri çəkilməsini belə izah edir: "Ailəm də gördü ki, istirahətə ehtiyacım var"

"Artıq yorulmuşam, istirahət etmək istəyirəm. Ailəm də gördü ki, mənim istirahətə ehtiyacım var".

Reyting.az
xəbər verir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin üzvü olmuş Vahid Əhmədov deputatlığa namizədliyini geri götürməsini izah edərkən deyib.

“Burada başqa heç bir problem yoxdur. Bu, özümün istəyimdir”, - deyə o əlavə edib.

Vahid Əhmədov yeni parlament formalaşana qədər deputat statusunda qaldığını xatırladıb: “Elmlə, yoxsa başqa bir işlə məşğul olacağımla bağlı qərarlar ondan sonra veriləcək”.




Bölməyə aid digər xəbərlər