YAP: "Səttar Möhbalıyevin partiyaya bağlılığı yoxdur"
Tarix: 29-07-2024 17:14 | Bölmə: Siyasət
YAP: "Səttar Möhbalıyevin partiyaya bağlılığı yoxdur"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyevin Yeni Azərbaycan Partiyası ilə bağlılığı yoxdur. İndiyə kimi o, parlamentə bitərəf kimi deputat seçilib. Bu da normal bir haldır".

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev Səttar Möhbalıyevin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verməsinə münasibət bildirərkən deyib.

Musa Quliyev Həmkarlar İttifaqının sədrinin adətən bitərəf şəxs olduğunu bildirib: “Bəziləri yazır ki, YAP-ın siyahısında Səttar Möhbalıyevin adı yoxdur və s. Bu doğru deyil. O, heç vaxt YAP üzvü olmayıb. Həmkarlar İttifaqının sədri bitərəf adam olmalıdır ki, o siyasi baxışından asılı olmayaraq hər kəsin mövqeyini qoruya bilsin”.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev iyulun 26-da təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.




Bölməyə aid digər xəbərlər