Çin Ukrayna münaqişəsinin həlli üçün dialoq təklif edir
Tarix: 30-07-2024 11:57 | Bölmə: Siyasət
Çin Ukrayna münaqişəsinin həlli üçün dialoq təklif edir

Çin hökuməti “Ukrayna böhranı”nın siyasi yolla nizamlanmasına dəstəyini davam etdirəcək.

Reyting.az
xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Cian deyib.

Qeyd edək ki, Pekinin bu açıqlamasından əvvəl Çinin xarici işlər naziri Vanq Yi Ukrayna, ABŞ və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri ilə görüşüb.

Onun sözlərinə görə, Pekin həmişə “Ukrayna münaqişəsinin tez bir zamanda sona çatmasına” çalışır, bunun üçün siyasi üsullar axtarır.

“Çin sülh və dialoqun tərəfində olmağa davam edəcək, beynəlxalq ictimaiyyəti daha çox konsensusa nail olmaqda dəstəkləyəcək və böhranı həll etmək üçün praktik və real həll yolu tapmaq üçün birlikdə çalışacaq”, - diplomat bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər