Keçmiş baş nazir keçmiş hakim partiyanı tərk etdi
Tarix: 18-12-2018 11:05 | Bölmə: Siyasət
Keçmiş baş nazir keçmiş hakim partiyanı tərk etdi

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Respublikaçılar partiyasından gedib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, bu məlumatı Respublikaçılar partiyasının təşkilat komissiyasının sədri Ruben Tadevosyan təsdiqləyib.

“İnformasiya doğrudur. Karen Karapetyan partiyadan çıxması ilə bağlı ərizə yazıb. Səbəb göstərilməyib”, - Tadevosyan söyləyib.

Karen Karapetyan 2017-ci il yanvarın 26-da Respublikaçılar partiyası sədrinin birinci müavini seçilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər