Polkovnik: Britaniya ordusu iki həftəyə Rusiyaya uduzar
Tarix: 31-07-2024 08:29 | Bölmə: Siyasət
Polkovnik: Britaniya ordusu iki həftəyə Rusiyaya uduzar

İngiltərə Rusiya ilə müharibədə çox tez məğlub olar.

Reyting.az
xəbər verir ki, bunu “Ekspress” qəzetinə müsahibəsində istefada olan polkovnik-leytenant Stüart Krouford deyib.

Onun sözlərinə görə, Britaniya ordusunda mövcud olan silahlar maksimum bir neçə aya çatacaq, çünki Ukraynaya yardım nəticəsində ehtiyatlar tükənib.

Kroufordun qeyd etdiyi kimi, xüsusilə, zirehli briqadalarla bağlı çətinliklər yaranacaq. O hesab edir ki, davamlı döyüşlər olarsa, onlar yalnız iki həftə duruş gətirə bilərlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər