“Seçki Nostradamusu” ABŞ-da prezident seçiləcək şəxsin adını açıqlayıb
Tarix: 31-07-2024 10:34 | Bölmə: Siyasət
“Seçki Nostradamusu” ABŞ-da prezident seçiləcək şəxsin adını açıqlayıb

ABŞ-da “Seçki Nostradamusu” kimi tanınan tarixçi professor Allan Liçman prezident seçkilərində kimin qalib gələcəyi ilə bağlı proqnozunu açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, rəsmi proqnozunu avqustda açıqlamağı planlaşdıran Liçman düşünür ki, Demokratik Partiyasının namizədi Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərində üstünlüyünə malik olacaq.

Qeyd edək ki, 1984-cü ildə Ronald Reyqan ABŞ prezidenti olduqdan sonra demək olar, Liçmanın bütün proqnozları düz çıxıb.

Məşhur tarixçi proqnozlarını “13 açar modeli” adlı elmi metod əsasında edir. A. Liçman, prezident C. Baydenin yarışdan çıxması və vitse-prezident Kamala Harrisin namizəd olma ehtimalını əks etdirmək üçün kompleks proqnoz modelini yeniləyib.

Onun modelinə görə, Harris 13 amil (açar) əsasında seçki gününə 100 gündən az vaxt qalmış qələbəyə doğru gedir. Harrisə üstünlük verən amillərə - əsas rəqiblə qarşılaşmamaq, üçüncü tərəf namizədlərdən indiyədək az təhlükə və iqtisadiyyatın qısa və uzunmüddətli perspektivdə güclü olması daxildir.

Son sorğulara görə, D. Tramp 2 xal cüzi fərqlə K. Harrislə yarışa liderlik edir. Əsas ştatlarda keçirilən sorğularda isə Tramp və Harris arasında gərgin mübarizə gedir.

Bununla belə, son sorğular Liçmanın qeyd etdiyi kimi, Harrisə səs verəcək demokratlar arasında seçicilərin artdığını göstərir. Harrisin namizədliyi açıqlandıqdan sonra onun populyarlığı artıb və qələbə imkanları genişlənib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər