Antonov: ABŞ reallıqla barışmalıdır
Tarix: 02-08-2024 08:11 | Bölmə: Siyasət
Antonov: ABŞ reallıqla barışmalıdır

Rusiyanın milli maraqları nəzərə alınmadan ABŞ-la silahlara nəzarət üzrə dialoq mümkün deyil və Moskva bundan sonra da yalnız onları rəhbər tutacaq.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

Bununla yanaşı, diplomat əlavə edib ki, ABŞ rəsmilərinin Moskva ilə qarşılıqlı əlaqəyə nail olmaq və eyni zamanda Rusiyaya “strateji məğlubiyyət” verməyə çalışmağın nəticə verməyəcəyi fikrinə alışmağın vaxtı çatıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər