PUA-lar Atom Elektrik Stansiyasını vurub
Tarix: 12-08-2024 11:32 | Bölmə: Siyasət
PUA-lar Atom Elektrik Stansiyasını vurub

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Zaporojye Atom Elektrik Stansiyasının (AES) soyuducu qülləsi yanıb. Reyting.az bildirir ki, bu barədə TASS-a stansiyanın mətbuat katibi Yevgeniya Yaşin məlumat verib.

Onun sözlərinə görə, soyuducu qüllə içəridən tamamilə yansa da, dağılma təhlükəsi yoxdur.

Stansiya fəaliyyətini dayandırdığından və soyutma qüllələri soyutmaya cəlb olunmadığından yanğın stansiyanın fəaliyyətinə təsir göstərməyib. “Lakin MAQATE rəhbəri Rafael Qrossinin daim danışdığı stansiyanın bütövlüyü və nüvə təhlükəsizliyi prinsipləri nöqteyi-nəzərindən soyuducu qüllədə baş verən yanğın birbaşa stansiyanın bütövlüyünün pozulmasıdır”, - deyə mətbuat katibi əlavə edib.

Stansiya sözçüsü bildirib ki, soyuducu qüllənin bərpası üçün vaxt çərçivəsi dəyən ziyan qiymətləndirildikdən sonra məlum olacaq.

Qeyd edək ki, Ukraynaya məxsus Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir. Ukrayna tərəfi isə yanğına görə Rusiyanı ittiham edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər