“Google”: Bayden və Trampın seçki qərargahına kiberhücum olub
Tarix: 15-08-2024 07:34 | Bölmə: Siyasət
“Google”: Bayden və Trampın seçki qərargahına kiberhücum olub

Tehrandan ABŞ-nın sabiq və indiki prezidentlərinin seçki qərargahlarına kiberhücum olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Google”nun hesabatında deyilir.

Sənəddə Co Bayden administrasiyasına, eləcə də keçmiş prezident Donald Trampın seçki qərargahına kiberhücumların edildiyi təsdiqlənir.

İran hökumətinin dəstəklədiyi haker qrupunun may və iyun aylarında “Bayden və Trampla əlaqəli təxminən onlarla insanın şəxsi e-poçt hesablarını, o cümlədən ABŞ-nın indiki və keçmiş hökumət rəsmiləri və kampaniyalarla əlaqəli şəxsləri” hədəf aldığı iddia edilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər