Zelenski Rusiyanın “Şimal axını”nı partlatmaq planını təsdiqləyib
Tarix: 15-08-2024 08:00 | Bölmə: Siyasət
Zelenski Rusiyanın “Şimal axını”nı partlatmaq planını təsdiqləyib

Ukrayna Rusiyanın iki qaz kəmərini hədəfə götürür.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin partladılması planını şəxsən təsdiqləyib. Amma o, Mərkəzi Kəşfiyyat İdarəsinin bundan xəbər tutmasından sonra qərarını dəyişməyə çalışıb.

Bildirilir ki, Ukraynanın yüksək rütbəli rəsmiləri qaz kəmərlərinin partladılması ehtimalı barədə ilk dəfə 2022-ci ilin mayında danışmağa başlayıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər