Ermənistan XİN Minsk qrupunun buraxılması məsələsinə münasibət bildirib
Tarix: 15-08-2024 12:59 | Bölmə: Siyasət
Ermənistan XİN Minsk qrupunun buraxılması məsələsinə münasibət bildirib

İrəvan Minsk prosesini ilk növbədə Azərbaycan ilə sülh müqaviləsinin bağlanması kontekstində davam etdirməyi nəzərdən keçirə bilər.

Reyting.az
xəbər verir ki, bunu “Azadlıq” radiosunun sorğusuna cavab olaraq Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) deyiblər.

Xatırladaq ki, Azərbaycan sülh sazişinin imzalanması, paraflanması və ATƏT-in Minsk qrupunun birgə buraxılması üçün Ermənistanın Konstitusiyasına dəyişikliklər tələb edib. Azərbaycan prezidenti həmçinin bildirib ki, Ermənistan Minsk qrupunun buraxılması ilə razı deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər