Kursk işğal olunur, rus ordusu isə Donbasda üstünlük qazanır
Tarix: 16-08-2024 11:06 | Bölmə: Siyasət
Kursk işğal olunur, rus ordusu isə Donbasda üstünlük qazanır

Ukrayna ordusunun Kursk bölgəsinin yaşayış məntəqələrini işğal etməsinə baxmayaraq, Rusiya qoşunları Donetsk bölgəsində yüksək templə irəliləməyə davam edir. Yəni rus hərbi komandirləri Ukraynanın şərqində hücuma üstünlük veririlər.

Reyting.az
-ın xəbərinə görə, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin qeyd etdiyi kimi, Rusiya qoşunları Pokrovskdan cənub-şərqdə Ukrayna qoşunlarının taktiki mühasirəsini həyata keçirir.

Həmçinin, ISW-nin məlumatına görə, rus qoşunları çox güman ki, Orlovka və Jelannyeni ələ keçirib.

Ukraynanın “Tavriya” Qüvvələr Qrupunun sözçüsü kapitan Dmitri Lixovoy avqustun 15-də bildirib ki, Ukraynanın cənubunda rus qoşunlarının qruplaşdırılmasında ciddi dəyişiklik olmayıb və onlar bu ərazidə hücum əməliyyatlarını azaltmırlar.

“Rusiya Kursk bölgəsindəki vəziyyətə cavab vermək üçün Ukraynadan müəyyən elementləri köçürməyə başlasa da, yenidən yerləşdirilən bölmələrin növləri və onların haradan köçürülməsi Rusiya hərbi komandirlərinin Ukraynanın şərqindəki hücum əməliyyatlarını prioritetləşdirməyə davam etdiyinin güclü göstəricisidir”, - deyə analitiklər bildiriblər.

CNN yazır ki, Rusiya hərbi komandanlığı Ukrayna ərazisindən Kursk vilayətinə daha böyük və daha yaxşı təlim keçmiş elementlər köçürmür. Bir mənbə isə rus qoşunlarının əhəmiyyətli dərəcədə yerdəyişməməsinin Rusiya ordusunun hərbi əməliyyatların aparılması ilə əlaqədar ola biləcəyini deyib.

“ISW Rusiya hərbi komandanlığının Ukraynadan Kursk bölgəsinə bütöv briqadaları yerləşdirdiyinə dair açıq mənbə məlumatlarını müşahidə etməyib, lakin Rusiya alaylarının əraziyə yenidən yerləşdirilməsi ilə bağlı xəbərləri müşahidə edib”, - təhlildə qeyd olunur.

ISW bildirir ki, Rusiya hərbi komandanlığı Ukraynanın Kursk bölgəsinə təcavüzünü dəf etmək üçün Rusiya qüvvələrinin elementlərini Donetsk vilayətindən çıxarır və çox güman ki, Donetskdəki prioritet sektorlardakı əməliyyatlarda iştirak edən hərbi hissələri çıxarmaqda son dərəcə istəksiz olacaq. Çünki bu ərazilərdəki əməliyyatların sürətinin səngiməsindən ehtiyat edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər