Putin Pezeşkianı BRİKS-in sammitinə dəvət edib
Tarix: 19-08-2024 14:36 | Bölmə: Siyasət
Putin Pezeşkianı BRİKS-in sammitinə dəvət edib

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianı Kazanda keçiriləcək BRİKS-in sammitinə dəvət edib. Reyting.az xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

İran KİV-lərinin məlumatına görə, iranlı diplomat deyib ki, Putindən Pezeşkianın BRİKS sammitində iştirakı üçün rəsmi dəvət alıblar.

Bundan əvvəl məlum olub ki, Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində Pezeşkianla görüşə hazırlaşır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər