Kurska hücum Rusiya-Ukrayna danışıqlarına mane olur
Tarix: 19-08-2024 17:19 | Bölmə: Siyasət
Kurska hücum Rusiya-Ukrayna danışıqlarına mane olur

Rusiyanın Ukraynadakı müharibə ilə bağlı sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə Moskva Kiyevlə danışmayacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

“İndiki mərhələdə bu avantüranı (Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatı nəzərdə tutulur-red.) nəzərə alaraq, biz danışmayacağıq. Hazırda hər hansı danışıqlar prosesinə girmək yersizdir”, - deyə Uşakov əlavə edib.

Lakin o, belə bir prosesin nə vaxt başlaya biləcəyi sualına cavab verməyib: “Bilmirəm, hər şey meydançada olan vəziyyətdən asılıdır”.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Ukrayna ilə birbaşa və ya dolayı danışıqlar aparılmır. Eyni zamanda, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin avqustun 6-da Kursk bölgəsinə başlayan hücumu atəşkəslə bağlı danışıqlara başlamaq imkanını ləğv edib.

Daha əvvəl “The Washington Post” diplomatlara və rəsmilərə istinadla yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı əməliyyatı qismən atəşkəslə bağlı gizli danışıqları pozur. Nəşrin yazdığına görə, Ukrayna və Rusiya Qətərdə dolayı danışıqlar aparmalı idi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər