Rusiya XİN İrəvana ümid bəsləyir
Tarix: 20-08-2024 12:42 | Bölmə: Siyasət
Rusiya XİN İrəvana ümid bəsləyir

İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakdan faydalanır. Moskva ümid edir ki, İrəvan ABŞ və Avropa İttifaqına görə Aİİ-dən imtina etməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Birinci MDB Departamentinin direktoru Mikael Aqasandyan “RİA Novosti”-yə müsahibəsində deyib.

“Aİİ çərçivəsində Moskva ilə İrəvan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Aşkar olanı müşahidə etmək üçün iqtisadiyyat və ya siyasət sahəsində mütəxəssis olmağa ehtiyac yoxdur - ittifaq İrəvan üçün faydalıdır, bunun sayəsində Ermənistanda iqtisadi artımda müsbət dinamika olur", - Ağasandyan bildirib.

İrəvanın NATO və Aİ ilə yaxınlaşma istiqamətində tutduğu kursu şərh edən diplomat qeyd edib ki, ermənilər onlara investisiyalar, texnologiya və parlaq gələcək vəd edən qərblilərin tərəfinə keçiblər. Amma bu yanaşmadan artıq postsovet məkanında dəfələrlə istifadə olunub və bunun sonda necə olduğu bəllidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər