Blinken Fidanla atəşkəs danışıqlarını müzakirə edib
Tarix: 21-08-2024 14:03 | Bölmə: Siyasət
Blinken Fidanla atəşkəs danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Reyting.az
-ın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər ki, Amerika tərəfinin tələbi ilə keçirilən görüşdə Fələstinin HƏMAS qrupu ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və regionda baş verənlər müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Yaxın Şərqə səfər edib. O, İsrail və HƏMAS-ı yaxın günlərdə Qahirədə keçirilməsi gözlənilən növbəti danışıqlarda “maksimum təmkin” göstərməyə çağırıb.

Bundan əlavə, ABŞ dövlət katibi İsrailin Qəzza zolağından İsrail qoşunlarının çıxarılması üçün vasitəçi ölkələrin təklif etdiyi planla razılaşdığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər