07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Qüdrətli dövlətin nüfuzlu dini lideri
Tarix: 26-08-2024 09:53 | Bölmə: Siyasət

Avqustun 26-sı Şeyxülislam Allahşükür Paşazadə üçün özəl bir gündür. Bu ilin həmin tarixini əlamətdar edən məsələ ondan ibarətdir ki, Qafqazın sayca on ikinci Şeyxülislamının 75 yaşı tamam olur.
Allahşükür Paşazadə çətinliklər, mübarizələrlə dolu bir ömür yolu keçib, lakin İslam dininə, onun müqəddəs kitabı Qurani-Kərimə, Vətəninə, mənsub olduğu xalqına qəlbindəki sonsuz sevgi bütün maneələrə qalib gəlib. Tutduğu yola sadiqliyi, prinsipiallığı, savadı, bacarığı, zəhmətsevərliyi ucqar kənddə, sadə və çoxuşaqlı ailədə doğulan bu insanı dünya miqyasında tanınan, yüksək ehtiram bəslənilən şəxsiyyətlərdən birinə çevirib. Təsadüfi deyil ki, o, bu gün təkcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam məqamında deyil, Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi, Avstriya, İspaniya, Səudiyyə Ərəbistanı və Vatikan dövlətlərinin təsis etdiyi Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, İordaniya İslam Fikri Kral Akademiyasının üzvü, tarix elmləri doktoru, professordur.
Bu baxımdan, Şeyxülislam həzrətlərinin zəngin tərcümeyi-halı, keçdiyi mürəkkəb həyat yolu gənclər üçün bir örnəkdir.
Ana duası ilə başlanan yol
Allahşükür Hümmət oğlu Paşazadə 75 il əvvəl avqustun 26-da Lənkəranın Cil kəndində dünyaya göz açıb. Anası Kafiyə xanımın arzusu ilə gələcək həyatını ruhaniliklə bağlayıb, orta məktəb illərindən başlayaraq Cənub bölgəsində yaxşı tanınan Şeyx Qüdrətdən dini təhsil alıb. Bütün dinləri inkar edən, uşaqlara kommunizmin gələcək xoşbəxt sakinləri kimi baxan sovet rejimində məktəblinin molla yanına gedib Quran oxumaq öyrənməsi asan bir məsələ deyildi. Bütün çətinliklərə, qadağalara baxmayaraq gənc Allahşükür ana arzusunu həyata keçirməkdə israrlı olur, ruhani müəllimlərinin tövsiyəsi ilə 1968-ci ildə ali dini təhsil almaq üçün Özbəkistana gedir. Əvvəlcə Buxaradakı “Mir Ərəb” mədrəsəsinə daxil olur, sonra isə İmam əl-Buxarı adına Daşkənd İslam İnstitutunda ilahiyyat fakültəsində təhsil alır. 1975-ci ildə doğmalarının yanına qayıdır, bu dəfə ali təhsilli ruhani kimi. Elə həmin ildən Allahşükür Paşazadənin həyatı Qafqaz Müsəlmanları İdarəsi ilə sıx bağlanır, əvvəlcə idarənin məsul katibi, üç il sonra sədrin müavini olur. 1980-ci ildə Azərbaycanın, ümumilikdə Qafqaz regionunun dini-ictimai həyatında mühüm hadisə baş verir-gənc Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin yeni sədri, sayca on ikinci Şeyxülislamı seçilir.
Gənc lakin müdrik Şeyxülislam
Çox gənc yaşlarında Şeyxülislam məqamına yüksələn Allahşükür Paşazadə qısa zamanda bilik və bacarığını ortaya qoya bilir. Kommunist ideologiyasının basqılarına rəğmən, məscidlərin, ziyarətgahların qorunub-saxlanılması, yeni ibadət ocaqlarının inşa edilməsi üçün addımlar atılır. Savadlı, müasir tələblərə cavab verən din xadimlərinin hazırlanmasına xüsusi diqqət ayrılır. Şeyxülislamın rəsmi qurumlarla uzun müddətli yazışmalarından sonra SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının icazəsi ilə 1989-cu ildə QMİ nəzdində Bakı İslam Mədrəsəsi yaradılır. Allahşükür Paşazadənin səyi nəticəsində sonrakı illərdə bu mədrəsənin bazasında Bakı İslam Universiteti yaradılır. Bu gün Azərbaycanda tanınan din xadimlərinin demək olar ki, hamısı məhz bu ali dini təhsil ocağının məzunlarıdır.

Şeyxülislam həzrətlərinin bacarığı və səmərəli idarəçiliyi sayəsində QMİ təkcə sovetlər məkanında deyil, dünyada nüfuzlu dini mərkəzlərdən biri kimi tanınmağa başlayır. 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə xalq deputatı seçilən Allahşükür Paşazadə parlamentə mandat qazanan ilk müsəlman din xadimi olaraq adını tarixə yazdırır. Deputat mandatının verdiyi səlahiyyətdən istifadə edərək Kremlin Qurultaylar Sarayında xüsusi namaz otağının yaradılmasına nail olur.
1990-cı il yanvarın 20-də sovet hakimiyyəti ordunun əli ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi. Həmin ağır günlədə Azərbaycandakı kommunist hakimiyyətinin rəhbərləri qaçıb gizləndiyindən gülləboran edilən, şəhidlər verən, sabaha inamı qırılan insanların qarşısına məhz gənc Şeyxülislam çıxaraq öz müdrikliyi, təmkini ilə xalqı idarə etməyi bacardı. Allahşükür Paşazadə Bakıdan bütün dünyaya ilk dəfə etiraz səsini ucaldaraq SSRİ rəhbəri M.Qorbaçovu 20 Yanvar hərbi cinayətinə görə sərt şəkildə ittiham etdi. Paytaxtın küçə və meydanları sovet tankları, əsgərləri ilə üzük qaşı kimi mühasirəyə alınan həmin ağır günlərdə Kremldəki canilərin adlarını dilə gətirərək sərt bəyanat vermək əsl qəhrəmanlıq nümunəsi idi.
Həmişə amalı müqəddəs İslama və Vətənə xidmət olan Şeyxülislam həzrətləri Azərbaycandakı dini dözümlülüyü, dinlər, məzhəblər və mədəniyyətlər arasında anlaşmanın yüksək səviyyədə olduğunu dünyada tanıdılması üçün əməli işlər görməkdədir. Məhz QMİ sədrinin təkidi və təşəbbüsü ilə Azərbaycan 1991-ci ildə indi İslam Əməkdaşlıq Təşkilatı kimi tanınan İslam Konfransı Təşkilatına üzv qəbul edilir. Bu, müstəqilliyini bərpa etmək yolunda kövrək addımlarını atan ölkəmizin qəbul olunduğu ilk beynəlxalq qurum idi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Şeyxülislam Allahşükür Paşazadənin din, dövlət, millət yolunda göstərdiyi xidmətləri yüksək dəyərləndirərək qeyd edirdi: “...Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğunuz əsl vətəndaş mövqeyi ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığınızı nümayiş etdirdi.
Respublikamızda müxtəlif konfessiyalar arasında dini dözümlülük, dostluq və əməkdaşlıq ab-havasının hökm sürməsində də Sizin əməyiniz vardır. Bu sahədə gördüyünüz işlər, digər konfessiya rəhbərləri ilə birgə fəaliyyətiniz Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasına xidmət edir.

Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirə layiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır...”
Vətəni sevmək imandandır
Şeyxülislam Allahşükür Paşazadəyə həm sovet illərində, həm də dövlət müstəqilliyini bərpa edən Azərbaycanda dini lider kimi çalışmaq nəsib olub.
Suverenliyimizin ilk illəri həddindən artıq ağır keçdi. Ermənistanın Qarabağla bağlı ərazi iddiaları hərbi əməliyyatlarla müşayiət edildi, rayonlarımız işğal olundu.
Həmin dövrdə qonşu dövlətin işğalçılıq siyasətini dayandırmaq, kütləvi insan qırğınına səbəb olan qanlı müharibəyə son qoymaq, Qarabağ probleminin beynəlxalq hüququn tələbləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ardıcıl çağırışlar etmək QMİ sədrinin fəaliyyətində qırmızı xətt kimi keçir. Şeyxülislam həzrətləri münaqişənin davam etdiyi 30 ilə yaxın müddətdə QMİ-nin təşkilatçılığı ilə həm Azərbaycanda, həm də Avstriya, Finlandiya, İspaniya, Özbəkistan və digər ölkələrdə düzənlənən beynəlxalq konfranslarda, eləcə də dəvət olunduğu çoxsaylı xarici səfərlərdə ölkəmizin haqlı mövqeyini dönmədən, cəsarətlə beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırıb, işğal zamanı Ermənistan silahlı qüvvələrinin məscid, ziyarətgah və qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdığını, milli-mənəvi dəyərlərimizə qarşı vandalizm aktları törətdiyini tutarlı faktlarla sübut edib.
Erməni kilsəsinin güclü təbliğatına rəğmən, Şeyxülislam iki ölkə arasındakı müharibənin dini zəmində münaqişə kimi təqdim olunmasının qarşısını almağa nail olur. Bu baxımdan Qafqazın Şeyxinin Rus Pravoslav Kilsəsi ilə qurduğu səmərəli əlaqələr, Moskavanın və Bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinin vasitəçiliyi ilə keçirilən ikitərəfli və üçtərəfli görüşlər mühüm əhəmiyyət kəsb etdi.
2020-ci il oktyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın davamlı təxribat və hücumlarına cavab olaraq düşməni sülhə məcburetmə əməliyyatlarına başladı. Vətən uğrunda savaş başlayan həmin tarixi günlərdə Şeyxülislam həzrətləri müraciət edərək xalqımızı Azərbaycan dövləti ətrafında sıx birliyə çağırdı. Həmçinin BMT başda olmaqla digər beynəlxalq qurumların rəhbərlərinə, Roma Papasına, Patriarx Kirillə, Əl-Əzhərin Şeyxinə, dünyanın nüfuzlu dini liderlərinə məktub göndərərək Azərbaycan dövlətinin haqlı mövqeyini dəstələməyə dəvət etdi.
44 gün davam edən Vətən savaşı Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qüdrətini nümayiş etdirərək ərazilərini erməni işğalından tam azad etdi, suveren ərazilərində üçrəngli bayrağımızı dalğalandırdı. 30 illik həsrətdən sonra Şuşa, Ağdam, Zəngilan məscidlərində minarələrdən azan səsləri eşidildi, namazlar qılındı.

Qarabağ Zəfərindən sonra Şeyx həzrətləri ölkə daxilində və xarici dövlətlərdə keçirdiyi görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə qüdrətli Azərbaycan dövlətinin, o cümlədən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun azad Qarabağda həyata keçirdiyi geniş miqyaslı quruculuq işləri barədə danışır, inşa edilən, bərpa olunan məscid və digər dinlərə aid ibadət məkanları barədə məlumat verir, işğal zamanı Ermənistanın insanlığa, humanizmə sıxmayan dağıdıcı hərəkətlərindən geniş söhbət açır, faktlar ortaya qoyur. Xalqımızın və dövlətimizin milli-mənəvi dəyərlərə bağlılığından, ölkəmizdəki multikulturalizm və tolerantlıq mühitindən danışır. QMİ sədri həmçinin erməni kilsəsini və havadarlarını reallıqla barışmağa, revanşist fikirlərdən əl çəkməyə çağırır.
Şeyxülislam A.Paşazadənin son illərdəki fəaliyyətini təhlil etdikdə bir məsələyə xüsusi diqqət ayırmaq lazım gəlir. Bu da Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurası ilə bağıdır. Şura məhz QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə yaradılıb. Bizim üçün xüsusi əlamətdardır ki, Şuranın Əsasnaməsi Şeyx həzrətlərinin təklifi əsasında 2022-ci il oktyabrın 20-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanıb. Həmin gün Şura üzvlərinin Birgə Bəyanatı da qəbul edilib.
Qafqazın ağsaqqalı
Qafqazda tarixən müdrik ağsaqqala böyük hörmət və ehtiram bəslənilir, min illiklər boyu formalaşan ənənə bu gün də davam edir. 75 yaşlı Allahşükür Paşazadə bütün Qafqazın Şeyxi kimi bu regionda qəbul edilən, nüfuzlu şəxsiyyətlərdəndir. O, ümumi evimiz sayılan Qafqazda sülh və sabitliyin davamlı olması üçün daim səy göstərir. A.Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının sədri kimi mühüm işlər görməkdədir.
Təsadüfi deyil ki, Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Müftisi İsmayıl Berdiyevin vəfatı ilə bağlı başsağlığı məktubunu və maddi yardımını mərhumun ailəsinə çatdırmağı Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislama həvalə edib.
Qaraçay-Çərkəz Respublikasına səfəri zamanı böyük ehtiramla qarşılanan Şeyxülislam həzrətləri Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirib, Şimali Qafqaz müftilərini noyabrın 5-6 aralığında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində keçiriləcək Dünya Dini Liderlərinin növbəti Bakı Sammitinə dəvət edib.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 75 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Şeyxülislam həzrətlərini bütün dünyada böyük nüfuzu var: “...Şeyx həzrətlərini müsəlman aləmində, MDB məkanında, qonşu dövlətlərdə yüksək qiymətləndirirlər. Bu, bizim böyük üstünlüyümüzdür. Üstünlüyümüzdür ki, Azərbaycan müsəlmanlarının rəhbəri dünya miqyasında çox böyük nüfuza malik olan şəxsiyyətdir”.
Allahşükür Paşazadə Şeyxülislam kimi fəaliyyət göstərdiyi 45 ilə yaxın müddətdə Azərbaycanın ən ali mükafatı sayılan “Heydər Əliyev ordeni”nə və 20-dən çox ölkənin müxtəlif orden və medalları ilə təltif olunub.
İnanırıq ki, Şeyxülislam həzrətləri hələ uzun illər dini və milli-mənəvi dəyərlərimizin qorunmasına, dinlər, məzhəblər arasında yaxınlaşmaya, bütün dünyada mədəniyyətlər arası dialoqun möhkəmlənməsinə, sülhün, sabitliyin əldə edilməsinə öz töhfəsini verməkdə davam edəcək, inşallah.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

“Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər”
(Qurani-Kərimin Sad surəsi, 47-ci ayə)

Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər