13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Elçin Mirzəbəyli seçicilərlə görüşlərini davam etdirir - Fotolar
Tarix: 27-08-2024 16:49 | Bölmə: Siyasət
Elçin Mirzəbəyli seçicilərlə görüşlərini davam etdirir

Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Padar və Yenilik kəndlərində seçicilərlə görüşüb.

Padar kəndində keçirilən görüşdə seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli bildirib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var.

Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd qeyd edib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun qurmalıdırlar.

Elçin Mirzəbəyli, ona etimad göstəriləcəyi təqdirdə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə irəli sürəcəyi təşəbbüslər haqqında Padar kəndinin sakinlərinə ətraflı məlumat verib.

Daha sonra deputatlığa namizəd Padar kəndindən olan seçicilərin çoxsaylı suallarını cavablandırıb, onları narahat edən məsələlərin həlli yollarından söz açıb.

Deputatlığa namizədin növbəti görüşü Yenilik kəndində keçirilib. Elçin Mirzəbəyli burada da öz seçki platformasından danışıb, seçicilərin suallarını cavablandırıb.



















Bölməyə aid digər xəbərlər