13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Tramp yeni ittiham aktını seçkiyə müdaxilə hesab edir
Tarix: 28-08-2024 07:49 | Bölmə: Siyasət
Tramp yeni ittiham aktını seçkiyə müdaxilə hesab edir

Kapitoliyə basqınla bağlı yeni ittiham aktı irəli sürülüb. ABŞ-nın keçmiş prezidenti Donald Tramp isə bunu seçkilərə müdaxilə cəhdi sayır.

Reyting.az
-ın xəbərinə görə, Birləşmiş Ştatların sabiq dövlət başçısı D. Tramp deyib ki, bu, sadəcə, ölkə vətəndaşlarını vitse-prezident Kəmalə Harrisin cəlb etdiyi fəlakətlərdən yayındırmaq cəhdidir. Tramp sərhədin işğalı, miqrant cinayətləri, inflyasiya, üçüncü dünya müharibəsi təhlükəsi amillərini də sadalayıb.

Qeyd edək ki, bir müddət əvvəl xüsusi prokuror Cek Smit Donald Trampa qarşı yeni ittiham aktı ilə onun eyni maddələrlə mühakimə olunmasının zəruriliyində israr edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər