13:04 / 16-09-2024
Sabah yağış yağacaq
General baş naziri, müdafiə nazirini və qərargah rəisini ittiham edir
Tarix: 28-08-2024 10:14 | Bölmə: Siyasət
General baş naziri, müdafiə nazirini və qərargah rəisini ittiham edir

İsrailin istefada olan generalı Yitzhak Brik “Maariv” qəzetində “Baş Qərargah rəisi Herzi Halevi İsrail ordusunu parçaladı”,- başlıqlı məqalə yazıb.

Reyting.az
-ın xəbərinə görə, general qeyd edib ki, İsrail ordusu “HƏMAS-ı məhv etmək” məqsədinə nail ola bilməyib.

Qəzzada baş verən qarşıdurmalarda çoxlu sayda İsrail əsgərinin “uyğun olmayan davranış və əməliyyat intizamsızlığı səbəbindən” öldüyünü və yaralandığını yazan general əlavə edib:

“Əgər İsrail HƏMAS ilə münaqişəni dayandırmasa və əsir mübadiləsi sazişi imzalamasa, vəziyyət daha da pisləşə və uçuruma düşə bilərik”.

Brik İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Halevini ittiham edib: “Onlar yollarını azıblar və bizi təhlükəsiz limana apara bilmədilər”.



General yazıb ki, baş nazir Netanyahu, müdafiə naziri Gallant və Baş Qərargah rəisi Halevi mindən çox israillinin ölümü, yüzlərlə insanın qaçırılması, ölkənin şimalında və cənubunda yüz mindən çox insanın didərgin düşməsinə və müharibəyə görə məsuliyyət daşıyırlar, həmçinin HƏMAS və “Hizbullah” ilə savaşda günahkardırlar.

O, adları çəkilən üç İsrail rəsmisinin Yaxın Şərqdə gərginliyi artıra və çoxbölgəli müharibəyə səbəb ola biləcəyini iddia edib: “Onlar iqtisadiyyat və beynəlxalq əlaqələr sahəsində İsrailin çökməsindən və xalqlar arasında nifrətin artmasında da məsuldurlar”.

Qəzzada döyüşən İsrail əsgərləri və komandirləri ilə danışdığını deyən Brik qeyd edib ki, HƏMAS-la nadir hallarda üz-üzə vuruş olur, onlar dəstə müharibəsi aparırlar:

“HƏMAS üzvləri tunellərdən çıxaraq tanklarımıza və zirehli maşınlarımıza hücum edirlər. Tank əleyhinə raketlər İsrail ordusunun olduğu və gedəcəyi ərazilərdə hazır olur. Eləcə də evlərə tələlər və partlayıcılar yerləşdirir və yenə də yox olurlar”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər