13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Müxalifət hökuməti devirməyə hazırlaşır
Tarix: 29-08-2024 09:48 | Bölmə: Siyasət
Müxalifət hökuməti devirməyə hazırlaşır

İsrailin Demokratlar Partiyasının sədri Yair Qolan müxalifət partiyalarının liderlərini baş nazir Benyamin Netanyahu hökumətini devirmək yollarını müzakirə etmək üçün təcili toplantı keçirməyə çağırıb.

Reyting.az
xəbər verir ki, Qolan müxalifət partiyalarının liderlərinə göndərdiyi məktubu “X” hesabındakı video paylaşımında da açıqlayıb.

“Bütün müxalifət partiyalarının liderlərini İsrail parlamentinin növbəti qış sessiyasında hökuməti devirmək yollarını müzakirə etmək üçün təcili toplantı keçirməyə dəvət edirəm”, - Qolan deyib.

İsrail parlamentində iyulun 22-də başlayan yay tətilinin oktyabrın ortalarında parlamentin qış iclasları ilə başa çatacağı gözlənilir.

Qolan müxalifət liderlərini “İsrailin içində olduğu fövqəladə vəziyyət”də birgə hərəkətə keçməyə səsləyib.



Qəzzada əsir olan israillilərə işarə edən Qolan deyib: “Müharibənin zirvəsindəyik, qaçırılan insanlar 328 gündür əsirlikdədir. On minlərlə insan öz evindən didərgin düşüb, iqtisadiyyat çökür. Ehtiyatda olan zabitlər və əsgərlər uzun müddətdir ki, döyüşürlər və tunelin sonunda işığı görə bilmirlər”.

Qolan Netanyahu hökumətinin Qəzza məsələsində uğursuzluğa düçar olduğunu və bu uğursuzluğa görə məsuliyyət daşımadığını bəyan edib.

İsrailin əsas müxalifət lideri Yair Lapid sosial media hesabından Qolanın çağırışına cavab olaraq Netanyahu hökuməti devrilənə qədər bütün müxalifət partiyaları ilə işləməyə davam edəcəklərini açıqlayıb.

İsraildə müxalifət və cəmiyyətin əhəmiyyətli hissəsi hesab edir ki, Netanyahu Qəzzada qarşısına qoyduğu məqsədlərinə çata bilməyib və siyasətdə qalmaq üçün əsir mübadiləsi razılaşması imkanlarını məhv edərək müharibəni uzadıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər