13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialara baxılır
Tarix: 29-08-2024 12:07 | Bölmə: Siyasət
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialara baxılır

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin, müxalifət partiyalarının deputatlarının və qeyri-hökumət təşkilatlarının (QHT) “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialarına baxmağa başlayıb.

Bununla bağlı məhkəmə iclası yerli vaxtla saat 11:00-da başlayıb.

Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində sözügedən qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər(Report).




Bölməyə aid digər xəbərlər