07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azay Quliyev rəqibini hədələyir, deputatlığa namizəd dövlət başçısına müraciət edib
Tarix: 29-08-2024 16:09 | Bölmə: Siyasət

Milli Məclisin keçmiş deputatı, hazırda 8 saylı Binəqədi Seçki Dairəsindən yenidən deputatlığa namizəd olan Azay Quliyev qeyd edilən dairədə gərginlik yaradıb.
Mia.az xəbər verir ki, həmin dairə üzrə deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova, Ədliyyə naziri Fərid Əhmədova, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidova, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri Natiq Əliyevə, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevə şikayət məktubu ünvanlayıb.
Şikayət məktubunu təqdim edirik:
"Çox hörmətli cənab Prezident!
Mən bu il - 1 Sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün öz təşəbbüsümlə MSK-nın 8 saylı dairəsinə müraciət etmişdim.
Müvafiq proseduru keçdikdən sonra dairədən mənə imza vərəqələri verildi və imzatoplama kampaniyasını müvəffəqiyyətlə başa çatdırıb sənədləri yenidən 8 saylı Seçki Dairəsinə təqdim edərkən, mənə bildirdilər ki, neçə illərdi bizim daimi deputatımız Quliyev Azay Əjdər oğludur. O, səninlə görüşmək istəyir, onunla görüş, sonra sənin namizədliyinin qeydə alınmağına baxarıq. Sözün düzü, bu mənə qəribə görünsə də, etiraz etmədim və deputatlığa namizəd olan Quliyev Azay Əjdər oğlu ilə görüşə hazır olduğumu bildirdim.
Bizi əlaqələndirdilər və deputatlığa namizəd Quliyev Azay Əjdər oğlu məni öz kabinetində qəbul etdi. İlk anda məni pis qarşılamasa da, sonradan namizədliyimi geri götürüb onun yanında olmağımı tələb etdi. Məndən rədd cavabı aldıqdan sonra isə mənə qarşı münasibəti dəyişdi və təhdid olaraq bildirdi ki, mən həm Prezident yanında Əfv Komissiyasının üzvüyəm, həm də Penitensiar Xidmətin rəisi general Mirsaleh Seyidovun qohumuyam (Əgər bu, təhdid deyildisə, nə üçün qohumlarından yalnız birini mənə xatırlatdı, məgər digər qohumları yoxdur ki? O, bununla mənə, əgər namizədliyimi geri götürmərəmsə, həmin qohumundan – Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovdan mənə və atama qarşı bir zor aparatı kimi istifadə edə biləcəyini diqqətə çatdırdı), baxma ki, səninlə belə mehriban danışıram, deputatlığa namizədliyin qeydə alınsa, səninlə belə “mülayim” danışmayacam, danışıq tərzim dəyişəcəkdir.
Əvvəlcə onun bu təhdidlərini ciddi qəbul etmədim (necə ola bilər ki, prezident İlham Əliyevin administrasiyasında işləyəsən, sənə etimad göstərilib yüksək vəzifə versin, amma sən onun siyasətinə qarşı gedəsən – ədalətsizliklər edib hədə-qorxularla seçki prosesinə müdaxilə və təzyiq edəsən!) ta o vaxta qədər ki, mənim yaxın qohumlarımdan birini də çağırıb o tərzdə təhdid və hədələrlə qorxutmamışdılar.
26.08.2024-cü ildə (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günü) yaxın qohumlarımdan birini çağırıb deyiblər ki, Rəhimov İlkin Oruc oğluna deyin ki, namizədliyini geri götürsün, çünki (bu dəfə yenə də həmin şəxs yaxın qohumuma Quliyev Azay Əjdər oğlunun mənə dediklərini eynilə təkrarlayaraq, sadəcə, qohumluq əlaqələrini bildirərkən xüsusi isimlərin yerini dəyişərək deyib) bilirsiniz də, Quliyev Azay Əjdər oğlu general Mirsaleh Seyidovun qohumudur, onsuz da 11 saylı cəzaçəkmə müəssisəsindəki seçki qutusundan general Mirsaleh Seyidov kimi desə, o çıxacaqdır. Cəzaçəkmə müəssisəsinin rəisinin cəsarəti çatmaz ki, generalın bir sözünü iki etsin (əlbəttə, görünür, istər qanuni – istərsə də qeyri-qanuni göstərişləri nəzərdə tutubdur), seçki bitdikdən sonra, əgər Rəhimov İlkin Oruc oğlu deputat seçilməzsə, onda atasının vəziyyətinin necə olacağını düşünsün.
Cənab Prezident!
Sizin vəzifəyə təyin etdiyiniz şəxslərdən ədalətli, vicdanlı insanlardan çoxunu tanıyırıq, amma istisna olaraq ona həvalə etdiyiniz vəzifədən öz şəxsi mənafeyi üçün sui-istifadə edənlər də vardır, o cür insanların “xidməti” sayəsində atamın həyatına təhlükə yaradılıb, təhdidlər edilir.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq 8 saylı seçki dairəsində (daha doğrusu, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində) ədalətli seçkilərin keçirilməyi üçün orada nəzarəti gücləndirmək, seçkilər bitdikdən sonra həmin müəssisədə və həmin seçki məntəqəsində, hətta 8 saylı seçki dairəsinin bütün məntəqələrində yoxlamalar aparmaq, eləcə də atamın həyatı (həmçinin də mənim həyatım) üçün yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər görülməkdən ötrü xüsusi göstəriş verib yoxlamaları, həmçinin yoxlamaların nəticələrinə müvafiq tədbirlərin görülməyini öz xüsusi nəzarətinizdə saxlamağınızı xahiş edirəm.
Hörmətlə,
8 saylı Binəqədi Birinci Seçki Dairəsindən deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu".
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər