13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Parlament seçkisi: nəticələr nə vaxt elan olunacaq?
Tarix: 29-08-2024 17:55 | Bölmə: Siyasət
Parlament seçkisi: nəticələr nə vaxt elan olunacaq?

MSK sədri növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı haqda suuala cavab verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, səsvermə günü ilkin nəticələri operativ verməyə çalışırlar: "Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bölməyə aid digər xəbərlər